Make your own free website on Tripod.com
My Personal Site
Xatireler
Home
Vefasiz
Ayirma bizi
Geldim
Sensiz
Sevdinse
Vefasiz dost
Vida goz yasi
Xain Sevgilime
Xatireler
Aglama

 

Yenə də kövrəldi körpəcə könlüm,
Dil açdı danışdı gör necə könlüm.
Həsrətden dağılar indicə könlüm,
Havalı könlümə nə cavab verim,
Siz ey acı, şirin xatirələrim.

Mənimlə boy atıb yaşa doldunuz,
Mənimlə ya qəmli ya şad oldunuz.
Ötən günlərimlə yaşıd oldunuz,
Ay könül əzbərim, ay dil əzbərim,
Siz ey acı, şirin xatirələrim.

Nə vaxt ki, alarsız yuxumu məndən,
Yuxusuz gözümdə yaş donar dən-dən.
Sübhədək baş-başa qalaraq hərdən,
Günlərdən qurulan məskənim, yerim,
Siz ey acı, şirin xatirələrim.

                          İmza:  Salidat_Love