Make your own free website on Tripod.com
My Personal Site
Xain Sevgilime
Home
Vefasiz
Ayirma bizi
Geldim
Sensiz
Sevdinse
Vefasiz dost
Vida goz yasi
Xain Sevgilime
Xatireler
Aglama

 

Niyə mənim gülüm, niyə sən o vaxt,
Mənə tərəf baxıb, cavab vermədin?
Niyə məni orda həmin küçədə,
Yağışlı havada tək qoyub getdin.

Axı sən bilirdin səni sevirdim,
Sənin dərdindən də inan dəliydim,
Axı sən bunları yaxşı bilirdin...
Bəs niyə sən məni tək qoyub getdin?

Bunlari bilsəndə başa düşmədin,
Çünki sənin fikrin tamam başqadır.
Sən məni heç zaman fikirləşmədin,
Sənin fikrin maşın, bir də villadır!

İndi məndə də var o maşın, o ev,
Qəlbimdə amma bircə sən yoxsan.
Daha birdə ora düşə bilməzsən,
Nə qədər söz atıb, nə qədər baxsan.

Ey melek! Gəzirəm şəhərdə hər gün,
Sənin tək qızlarla, sənin tək gülüm,
Sən isə "sevirəm" indi deyirsən,
Bəs nə oldu, nə tez dəyişdin gülüm?

Üzünüzə gülən hər gözəl qıza,
Arifəm, deyirəm, inanmayın siz.
Onlar könül verir bir az çox pula,
Bu cür qızlar olur, olur ürəksiz!!!

                                    İmza:  Natiq