Make your own free website on Tripod.com
My Personal Site
Vefasiz dost
Home
Vefasiz
Ayirma bizi
Geldim
Sensiz
Sevdinse
Vefasiz dost
Vida goz yasi
Xain Sevgilime
Xatireler
Aglama

 

Dar gündə halımı soruşmayan dost
Hələlik xəstəyəm, yatıram gəlmə
Hicrandan yel alıb tale karvanı
Qəm alıb möhləti gedirəm gəlmə
Hələlik xəstəyəm yatıram gəlmə

Əzəldən bilseydim bu imiş vəfan
Könül bağlamazdım sənən heç zaman
Mən sənin yerinə utanıb inan
Xəcalət tərinə batıram gəlmə
Hələlik xəstəyəm yatıram gəlmə

Qürbət əldə tüləng tərlan sar imiş
Arxasız igidə dünya dar imiş
Yaxşıki vəfalı dostlar var imiş
Dar gündə əlimdən tuturlar gəlmə
Hələlik xəstəyəm yatıram gəlmə

Alqayıt ehtiram, əziyyət görüb
Dünyada cürbəcür insanlar görüb
Sənin qiyafəndə cin şeytan görüb
Gecələr yuxumu qatıram gəlmə
Hələlik xəsteyəm yatıram gəlmə

İmza: Natiq